Asiya-Sakit Okean Hövzəsi (APEK) İqtisadi Forumu 21 üzv ölkələrdən yarısının  iqtisadi durumlarında yaxşılaşmanı göstərən sorğunun nəticələrini açıqlayıb.  Bu gün APEK-in Sinqapurda açıqladığı sorğu göstərir ki, iyuldan bəri ticari maliyyə durumu nağd pulun çoxluğu üzündən yaxşılaşıb.  19 APEK ölkələrindən 12-si  şirkətlərinin maliyyə vəsaitlərinə çıxışında problem olmadığını xəbər veririlər.  Hesabatda 21 üzv ölkədən hansılarında sorğular aparıldığı açıqlanmayıb.   APEK-in ticarət və investisiya komitəsinin sədri Elizabet Çelliah  deyir ki, qurum daxilində azad ticarətin bərqərar olunmasına doğru irəlilədikcə üzvlər azad tiracət razılaşmalarında nəyin effektiv olduğunu öyrənməlidirlər.