Ayətullah Hüseynəli Müntəzeri, İran türklərinin haqları  və onların öz dillərində  tədris, dərs, kitab və dərgi yaymaq hüquqları barədə  fatva verib. O, İnternet vasitəsilə yayılan fətvanı özünün verdiyini əməkdaşımıza təsdiq edib.

Fətvada deyilir ki, Turk dilli haqlarını istəyən bacı-qardaşlarımızdan qədirdanlıq edirəm. Konstitutsiyanın 15-ci maddəsində  deyilir:  “… Fars dilinin yanında, məhəlli və etnik dillərdən, mətbuatda və  bütün mediada istifadə və onların ədəbiyyatının tədrisi məktəblərdə  azaddır.” Və 19-cu maddədədə deyilib: “ İran xalqı hansı tayfa və qəbilədən olsalar, bərabər hüquqları var və  rəng,  irq,  dil və bunlar kimi şeylər, üstünlük səbəbi deyil.”

Ayətullah Müntəzirinin fətvasında  deyilir ki, buna görə, heçkimin haqqı yoxdur ki, dili və irqi üstünlük elaməti bilsin və ya etiqad tapsın ki Türkü dili və kimliyi İranda aradan getməlidir ya o ki Türklər öz ana dillərində dərs oxumasınlar və ya o ki İran hökuməti istəsin Türkü kitab, qəzet və dərginin nəşr olmasının qabağında dayansın.

Fətvasında  Ayətullah Müntəziri  qeyd edir ki, yeri var ki siz Türk bacı və qardaşlar, öz Şərii və qanuni haqlarınızı almağa qalxasız , qanuni yollarla və özünüzün Milli Şura Məclisindəki vəkilləriniz, din alimləri və etimad  etdiyiniz adamlar vasitəsi  ilə  haqlarınızı  tələb edəsizin və gərək ki,  əlaqədar məqamlar(idarələr), Əsas Qanuna görə , sizin haqlarınızı təmin etsinlər.

http://affiliate.kickapps.com/_Aytullah-Mntzirinin-ftvas-v-Amerikann-ssin-msahibsi/blog/1494444/88644.html