Əfqanıstan rəsmiləri bildirirlər ki, intiharçının Birləşmiş Ştatlar və NATO-nun Kabildəki bazası yaxınlığında maşın karvanına etdiyi hücum nəticəsində 20-dən çox adam yaralanıb. NATO rəsmiləri deyirlər ki, əməliyyatda koalisiyanın 9 əsgəri, 10 mülki kontraktor  və bir neçə əfqan xəsarət alıb. Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb.  Bu son aylarda yaraqlıların  BMT-nin qonaq evi və Hindistanın səfirliyi daxil olmaqla Kabildə bir neçə hücum törətdikləri bildirilir.  Bu arada Britaniyanın baş naziri Qordon Braun bu gün deyib ki, o müttəfiqlərinə  NATO-nun  başçılığı altındakı hərbi qüvvələrində xidmət göstərmək üçün oraya əlavə 5-min əsgər göndərilməsinə səsləyib.