Ordu mühəndisləri mərkəzi Volqa regionunda yerləşən Ulyanovsk şəhərindəki sursat anbarında baş verən partlayışlarda həlak olan 2 yanğınsöndürənin cəsədinin aşkar ediblər.  Cəsədlər mühəndislərin söndürməyə getdikləri yanğının mərkəzində tapılıb.  İnterfaks xəbər agentliyi partlayış olan ərazidən 32 qulluqçunun xilas edildiyini bildirir.  Onlar anbar yaxınlığındakı bomba-sığıncağına toplaşmışdılar.  Bundan əvvəlki xəbərlərdə 35 adamın yoxa çıxdığı haqda məlumat yayılmışdı.  Partlayışlar cümə günü günorta başlayaraq gecəyədək davam edib.  Telelviziya arabir partlayışların səmaya qara tüstü buraxdığını nümayiş etdirib.