Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, o, Rusiya və ABŞ-ın silahlara dair yeni müqaviləni köhnə müqavilənin vaxtı bitənə qədər imzalayacaqlarını gözləyir.  

Lavrov habelə deyib ki, ratifikasiyanın gözlənildiyi vaxt tərəflərdən hansının yeni müqavilənin şərtlərini pozacağından narahat deyil.  O imzalanıb ratifikasiya edilməmiş müqavilələrə dair 1969-cu il Vyana konvensiyasına işarə edib.  

İndiyə kimi ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev müqavilənin ilin sonuna qədər imzalanacağına ümid etdiklərini bildiriblər.  

ABŞ və Rusiya vasitəçiləri 1991-ci ilin Strateji Silahların Azaldılmasına dair Müqaviləni əvəz edəcək yeni müqavilənin son detalları üzərində işləyirlər.  

START müqaviləsinin müddəti dekabr ayının 5-də bitir.