İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
İnsafəli Hidayət
İranın İRNA və digər rəsmi xəbər ağentiliklərinin bildirdiklərinə görə, prezident
Əhmədinejadın İran Azərbaycanına səfəri
zamanı
Təbrizə daha bir ad verilib. O, Təbrizi Şiə dünyasının birinci
paytaxtı elan edib. Qeyd edək ki, bu, prezident Mahmud
Əhmədinejadın Şərqi Azərbaycana üçüncü səfəridir. O, əvvəlki iki səfəri
zamanı 464 layihənin
icrasına söz vermişdi. Amma indiyədək onların 33 faizi hələ də həyata keçirilməyib.
Təbriz sakinlərindən biri telefonla Amerikanın səsinə bildirib ki, Əhmədinejadın təntənəli qarşılanması əyalət rəhbərliyi üçün böyük önəm
daşıyırdı. Ona görə də “İstiqbal” cəmiyəti səfərbər edilmişdi. Bir həftədən bəri Təbrizin radio və televiziyası ilə şən proqramlar
yayımlanır və əhali prezidentin qarşılanması
üçün hazıranırdı.
İstiqbal cəmiyyətinin yüksək
səlahiyyətli nümayəndələri 100000 adamı xiyabanlara
çıxarmağa çalışıb. İRNA-nın məlumatına görə,
on minlərlərlə insanın toplaşdığı küçələrdə perezident
iyirmi dəqiqəlik yolu üç saata keçib.
Əhmədinejad Təbrizi “Birinci
Şiə Paytaxtı” adlandırmaqla yanşı, Təbrizi və azərbaycanlıları iman, məhəbbət, incəsənət, ədəbiyyat, mücahidlik,
fədakarlıq, qeyrət və vətənpərvərlik ölkəsi və adamları adlandırdı
və dedi ki ‘Mən İranın ən yaxşı xalqı, yəni
Təbriz xalqının xidmətinə
gəlmişəm.’
Cənab Əhmədinejad sonra prezident seçkisinin ardınca baş verən etiraz nümayişlərinə
işarə etdi və o zaman Azərbaycanda vəziyətin
sakitliyindən və burada etirazların olmamasından razılığını bildirdi.
Prezident əlavə etdi ki, keçmiş 400 il boyunca İranı daxildən və xaricdən hədələyən təhlükələrin qarşısı azərbaycanlılar tərəfindən
alınıb.Əhmədinejad
İranın, İslam inqilabını azərbaycanlılara borçlu olduğunu
deyib, lakin onların mədəni tələbləri məsələsinə
toxunmayıb. O bildiribki,
İran millətinin Şəhriyar, Saib
Təbrizi, Pərvin Etizami və Əllamə Hadi Təbatəbayi kimi azərbaycanlılara
ehtiyacı var.