Kanada hökuməti Əfqanıstandakı əsgərlərinin yerli  rəsmilərin işgəncələrə məruz qoyması üçün məhbusları bilərəkdən onlara  təhvil verməsi iddialarına dair təhqiqat başlatmayacağını bildirib. Bu gün müdafiə naziri Piter MakKey deyib ki, bunun üçün dəlil yoxdur və ittihamlar yalan danışmaq təlimləri keçmiş Taliban məhbusların ifadələrinə əsaslanıb. Bu həftənin əvvəli Kanada diplomatı Riçard Kolvin parlament qarşısında ifadə verərək demişdi ki, Kanada qoşunları tərəfindən həbs edilənlər əfqan rəsmilərə təhvil verilib və məhbuslar orada işgəncəyə məruz qalıb. Diplomatın sözlərinə görə, hökumət məhbusların başına gətirilənlərə dair xəbərdarlıqları bir ildən çoxdur ki rədd edir. İşgəncə iddialarını ciddiyə alan xarici işlər naziri Laurens Kannon sübuta yetirilmiş dəlillər üzərində işləyir.