13 adamın ölümündə ittiham edilən ordu həkimi, mayor Nidal Həsənin xəstəxana palatasında bu gün ilk məhkəmə dinləməsi keçirilir. Noyabr ayının 5-də həyata keçirdiyi hücum zamanı Həsənin özü də yaralanmışdı.
Nidal Həsənin vəkilləri onun beldən aşağı iflic olduğunu və
xəstəxana şəraitində saxlanmasının vacibliyini deyirlər. Bugünkü dinləmə məhkəmə
prosesinin başlanmasından əvvəl onun həbsxanaya köçürülməsi ilə bağlıdır.
Bu arada, Washington Post qəzetində dərc
edilən məqalədə Həsənlə yəmənli radikal
ruhani Ənvər Əl-Aulagi arasında e-mail yazışmalarının hücum baş verən ay
çoxaldığı bildirilir.

