Birləşmiş Ştatların xəbər agentliklərinin bildirdyinə görə, prezident Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftənin çərşənbə günü televiziya ilə müraciətində açıqlayacaq. Xəbərlərdə prezidentin bundan əvvəl planlaşdırıldığı kimi Əfqanıstana əlavə 30 -35 min hərbi qüvvə göndərəcəyini bəyan edəcəyi bildirilir.
Əfqanıstandakı Birləşmiş Ştatlar və NATO
qüvvələrinin baş komandanı, general Stenli Makkristal hələ bu ilin əvvəlində prezidentə
Taliban və Əl-Qaidə yaraqlılarına qarşı effektiv mübarizə aparmaq üçün Əfqanıstana
əlavə 40 min əsgəri qüvvə lazım olduğunu demişdi.

