İraq polisinin bildirdiyinə görə
son iki gün ərzində ölkə boyu həyata keçirilən bomba hücumları azı 5 nəfərin
ölümünə, 60-dan çoxunun yaralanmasınma səbəb olub. Hücumlardan biri bu gün
Bağdaddan 45 km cənubdakı Mussayab şəhərinin ticarət mərkəzində həyata
keçirilıb və nəticədə 2 nəfər ölüb, 26 nəfər yaralanıb. Yusufulla şəhərində
isə maşına yerləşdirilmiş bombanın partlaması bir nəfərin ölümü, 10 nəfərin
yaralanmasına səbəb olub. Hücumlar Qurban bayramından bir gün əvvələ təsadüf edir. Dünən şiələrin
müqəddəs Kərbəla şəhərində həyata keçirilən bomba hücumları azı 2 nəfərin
ölümünə, 25 nəfərin yaralanmasına səbəb olmuşdu.

