İran parlamenti Kəhrizək həbsxanasındakı hadisələrlə bağlı hesabat açıqlayıb
İyun ayının 12-i
prezident seçkilərindən sonra Kəhrizək həbsxanasında məhbuslara qarşı həyata
keçirilən zorlama və işgəncələrlə bağlı məlumatlardan sonra İran parlamenti təhqiqat
aparmış və hökumət rəsmilərini tənqid edən hesabat açıqlamışdır.
Parlament
komitəsinin hesabatında Tehranın sabiq
başprokuroru Səid Əl-Mörtəzevi müxalifət
tərəfdarlarını həddən artıq dolu olan Kəhrizək həbsxanasına göndərilməsinə
cərəncam verdiyinə görə günahlandırılır. Parlamentin təhqiqat qrupu bildirir ki, Səid
Mortəzəvi həbsxananın müdiriyyətinin orada yer olmadığını deməsinə
baxmayaraq, 174 nümayişçinin oraya göndərilməsi haqda qərar vermişdi. Təhqiqatçılar bildirirlər ki, islahatçı nümayişçilər dörd gün ərzaq və
sanitariya şəraiti olmadan 70 kvadrat-metrlik hücrədə saxlanmışlar. Hesabatda xəbsxanada zorakılıq və vəziyyətin
qənaətbəxş olmaması nəticəsindəüç
nəfərin öldüyü bildirlisə də, kiminsə zoralmalara məruz qaldığı barədə məlumat təkzib
edilir.
Avropaya getdiyi deyilən bir nəfər də daxil
edilməklə,bir neçə məhbus azad
ediləndən sonrakı həftələrdə bildiriblər ki, həbsdə zorakılıqlara işgəncələrə və zorlamalara məruz
qalmışlar.
Hollandiyada sürgündə olan iranlı
kinorejissor Rza Allamazadə Kəhrizək
həbsxanasında zoralma və işgəncəyə məruz qalan İbrahim Şərifinin ona müsahibə
verdiyini deyib. Jurnalist Bəbrak Daad da Amerikanın Səsinə müsahibəsindəKəhrizəkdə gənclərə qarşı işkəncə vəzorlama hadisələri barədəətraflı
məlumat verib.
İranın ali ruhani lideri Ayətulla Əli Xamenei
keçən ilin avqust ayında həbsxananın bağlanmasına sərəncam vermişdi. Qətllərlə əlaqədar həbsxananın 3 rəsmisinə qarşı cinayət
işi qaldırılmışdır.
Parlament üçünhazırlanmış hesabat Kəhrizakda insanlarla pis rəfdar barədə rəsmi
mövgeyin dəyişməsinə işarədir.
Hesabatda deyilir ki, Kəhrizak həbsxanasında
saxlanılanlarla pis rəftar İran rəhbərliyinin adına ləkə gətirir. Sənəddə
ədliyyə rəsmiləri tədbirlər görməyə çağrılır.