“İranda Yaşıl hərəkatın gələcəkdə də yaşıl olacağına inansaq, əlbəttə ki, bu hərəkata qatılmaq nəinki azərbaycanlılara, həm də hər bir bəluca, ərəbə, kürdə zəruridir” Bu sözləri siyasi fəaliyyətinə görə İranda həbsdə olmuş və hazırda Qum şəhərində yaşayan İran azərbaycanlıAmerikanın səsinin “İran Azərbaycanına Pəncərə Proqramının” Dəyirmi Masa söhbəti zamanı deyib.

Yaşıl hərəkatın keçmişinə nəzər salan cənab Əzimi Qədim bir zaman bu hərəkatın ərp nöqtəsi sayılan Xatəminin dövründə azərbaycanlıların  gileylərinin (narazılıqlarının) indikindən qay-qat çox olduğunu deyir. O bildirir ki, hazırda azərbaycanlıların etirazı dünyadan cavab ala bilsə də, dünya ictimaiyyəti Xatəmini demokratik şəxsiyyət kimi görürdü. Ancaq hazırkı müxalifət lideri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin ətrafındakıların Xatəmi zamanındakılardan Azərnaycana daha yaxın olduğunu dilə gətirən höcətülislam özünün də seçkilərdə Kərrubini dəstəklədiyini bildirir. O deyir ki, Yaşıl hərəkatın qələbə qazanması üçün azərbaycanlıların köməyi lazımdır.

Xalqın  Mücahidləri qrupundan söhbət açankən o, bu qrup haqda  daha çox məlumata ehtiyac olduğuna inanır  və deyir ki, onlar haqqında bizim aldığımız məlumatların böyük bir hissəsi  hökumət  mənbələrinə əsaslanır və müstəqil mənbərin məlumatlarından o qədər də xəbərimiz olmur. 

Azərbaycanlı molla söyləyir ki,  əvvəlcə  onların terrorçu və ya dinc qrup olduğu aydınlaşdırılmalıdır. Terrorçu əməllərlə məşğul olduğu təqdirdə onlara heç bir xalq haqq qazandırmamalıdır.  Cənab  Əzimi Qədimin sözlərinə görə ümumilikdə isə məlumatlara görə, bu qrup Azərbaycan məsələsi ilə bağlı maraqlı deyil.

Əbdüləziz Əzimi Qədim azərbaycanlıların hazırda Yaşıl hərəkatı dəstəkləmək məsələsində düzgün mövqedə olduğunu deyərək, İran hakimiyyətinin 3 il əvvəl azərbaycanlıların gücünü gördüyünü bildirir. Onun sözlərinə görə, Azərbaycan məsələsi hökumət üçün Yaşıl hərəkatdan öndə olmasa da, ondan geri də qalmır. Höcətülislam deyir ki, Azərbaycan süqut etməyib. Sadəcə Tehran böyük şəhər olduğu üçün orada nümayişlər daha kütləvi olub və diqqəti cəlb edib.  O qeyd edir ki, digər tərəfdən isə Təbrizin zəif  iştirakının səbəbi oradakı azərbaycanlıların kamil yanaşa bilməməsi və polis nəzarətinin güclü olmasıdır.

O deyir ki, İrandakı kürd, bəluc kimi digər etnik xalqların  müxalifət hərəkatına yanaşması azərbaycanlılarınkından  fərqli deyil. Onlar bu Yaşıl hərakata tam inana bilmirlər.