İran Azərbaycanlıları Azərbaycan və Türkiyə doğma baxdıqları üçün əsasən bu ölkələrə qaçırlar.  Onlar bu ölkələrdə özlərinə, iş, təhsil sığınacaq, yaşama icazəsi kimi müəyyən imkanlar  tanınmasını arzu edirlər

İrandan çıxan azərbaycanlılar bir neçə əsaslarla ölkəni tərk edir. Onlardan biri siyasi səbəbdir. Belə insanlar dövləti tənqid etdiklərinə görə, ölkədə qala bilmir. Belələri digər millətlər içərisində də var. Ancaq həm siyasi tənqid etmə, həm də öz mədəni  hüquqlarını tələb etmələri səbəbilə İrandan qaçmaq məcburiyyətində qalan azərbaycanlıların sayı daha çoxdur. Belə fəallar  ölkədə qaldıqları təqdirdə çətinliklərlə üzləşir, bəzən müxtəlif səbəblərə görə həbs olunurlar. Ona görə də belə insanlar digər ölkələrə pənah gətirir. İranın bəzi vətəndaşları isə iqtisadi səbəblərə görə ölkəni tərk edir.

İran Azərbaycanlıları Azərbaycan və Türkiyə doğma baxdıqları üçün əsasən bu ölkələrə qaçırlar. İrandan olan azərbaycanlılar bu ölkələrdə istəklərinə əməl olunmasını istəyir, özlərinə iş, sığınacaq, həmin ölkədə yaşama icazəsi kimi müəyyən imkanlar tanınmasını arzu edirlər.

Təəssüf ki, bəzən həmin ölkələrə pənah gətirən azərbaycanlılar orada da çətinliklərlə üzləşir və onlara azərbaycanlı olduqlarına görə xüsusi hüquqlar verilmir.  Onlar iş və təhsil imkanları sahəsində  və yaşamaq üçün yer tapmaqda çətinliklər çəkir. Təklif olunan işlər qeyri-rəsmi olur,  həmin ölkələrdə belə azərbaycanlıların siyasi fəaliyyətlərinə  isə bəzən icazə verilmir. Bəzi  hallarda isə   xüsusilə  siyasi fəalların təhlükəsizliklərinə hədələr olur .  

İran azərbaycanlı  qaçınlar deyirlər ki,  Azərbaycan və Türkiyə dövlətləri digər millətlərlə müqayisədə azərbaycanlılara daha çox imtiyazlar verməlidir.

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı yeni problemlərə daha həssas olur. Misal üçün əgər Sudandan Somalidən qaçqınlar müraciət edəndə, BMT bəyanat açıqlayaraq onların qaçqınlıq status ilə bağlı müraciətlərinə sürətlə cavab verildiyini bildirir. Onlar Türkiyə və digər ölkələrdən üçüncü bir ölkəyə tezliklə göndərilir. Bu ölkələr, Amerika, Kanada, Avstraliya kimi ölkələr ola bilər. Bəzi İran azərbaycanlı qaçqınlar isə bu ölkələrdən  gəlmiş insanlardan aylar əvvəl Türkiyə və  Azərbaycana gəlmələrinə  baxmayaraq onlardan  daha sonra qaçqın status ala bilir. Bəzi insanlar isə üçüncü bir ölkəyə özü qaçmağa məcbur olur. Bu insanların bəziləri yolda, ölür, suda boğulur yada qanunsuz fəaliyyət  göstərən şəbəkələrin qurbanı olur hansısa bir ölkəyə  aparılmaq vədi ilə  pullarını itirirlar.

Bu günlərdə  İrandakı yaşıl hərəkatı dünya ictimaiyyətinin  diqqət mərkəzində olduğuna görə BMT-nin və qaşqınların işinə baxan başqa  təşkilatların  nümayəndələri   hərəkatda iştirakına görə İrandan çıxanlara daha çox  diqqət yetirir  və  3-4 ay içərisində İrandan olan siyasi qaçqınlar digər ölkələrə aparıla bilir.  Türkiyə və Azərbaycana pənah gətirən  İran azərbaycanlılar isə bəzən illərlə gözləmək məcburiyyətində qalır.  ÇOx vaxt  olnarın  müraciətlərinin  prosesi uzun vaxt alır. Hətta onlar qaçqınlıq statusu alandan sonra da problemlərlə üzləşir, onlara ya az, ya da heç müavinət verilmir.

BMT-nin  rəsmilərinin dediklərinə görə  qaçqınlıq statusu verilməsində  xalqlar arasında  fərq qoyulmur.   Bu prosesdən keçmiş azərbaycanlıların çoxu isə deyirlər ki, Türkiyə və Azərbaycana pənah gətirən İran azərbaycanlıların  müraciətlərinin nəticələnməsi daha uzun  çəkir. Onlar  prosesin  üç ilə qədər vaxt apardığını irəli sürürlər.