ABŞ dövlət katibinin müavini Ceyms Steynberq bu gün Ermənistanda prezident Serj Sarkisyanla təhlükəsizliyə dair danışıqlar keçirdikdən sonra Gürcüstana yola düşüb. O, Almaniyada beynəlxalq təhlükəsizlik konfransına qatılmamışdən əvvəl Gürcüstanda prezident Mixail Saakaşvili ilə danışıqlara aparacaq. Yerevandakı danışıqlar Birləşmiş Ştatlar və Rusiyanın Türkiyə və Ermənistana  sülh razılığının əldə olunması  üçün təzyiqləri davam etdirdiyi vaxta təsadüf edir.  Türkiyə və Ermənistan arasındakı problemlərin mənbəyində  Oslmanlı  İmperiasının 1915-ci ildə ki, Erməni Təhciri  ölçülərini Ermənilərin  soyqırım  adlandırması  və bunun dünya miqyasında qəbul edilməsi üçün fəaliyyət göstərmələri təşkil edir.  Türkiyə soyqırım iddialarını rədd edir və  Ermənilərin həmin iddialarını  dəstəkləyən ölkələri sanqsiyalarla hədələyir.