İranın dövlət mətbuatı iki yeni raketin istehsalına başlandığı haqda xəbər verib.

Dövlət radio və televiziyasının verdiyi məlumata görə, Müdafiə naziri Əhməd Vahidi Qaim və Tufan-5 raketlərinin istehsal ediləcəyi iki yeni  zavodun açılışında iştirak edib.

Yarı-rəsmi Fars xəbər agentliyi Vahidiyə istinadən bildirir ki, Qaim vertolyotlar kimi sürəti az və alçaqdan uçan hədəfləri məhv etmək qabiliyyətinə malikdir. 

Tufan-5 raketi iki başlığa malik olaraq, tanklar və zirehli texnikanı məhv edə bilir.

Bu xəbərlər İranda İslam inqilabının 31-ci ildönümünün qeyd edildiyi vaxt verilir.