İran hərbi hava
qüvvələrinin komandiri deyir ki, onun ölkəsi Moskvanın Tehrana verməkdə
yubandığı hava müdafiəsi sisteminə oxşar sistem quraşdırmaqdadır.Heymətulla Kasiri deyib ki, iranlı
ekspertlərRusiyanın qüdrətli S-300
sisteminə bənzər sistem üzərində işləyirlər və o, yaxın gələcəkdə hazır
olacaq.O, Rusiyanın 2007-ci il
razılığına əsasən hava müdafiəsi qurğularının İrana verilməməsi üçün göstərilən
səbəbləri “qəbuledilməz” adlandırıb.İran rəsmiləri yubanmanı ABŞ və İsrailin təzyiqləri ilə
əlaqələndirir.Bu iki ölkə Rusiyanın
İrana S-300 sistemi satmasına kəskin etiraz edirlər.

