NATO qüvvələrininƏfqanıstanın Talibanın nəzarəti altındakı
Helmənd vilayətində yaraqlılara qarşı genişmiqyaslı əməliyyatlarına
başlamasından əvvəl minlərlə sakin bölgəni tərk edir. Şahidlər Talibanın
məskunlaşdığı Mərcah ərazisindəki yaraqlıların silah və sursat yığaraq, döyüşə
hazırlaşdıqlarını deyirlər. NATO komandirlərinin bildirdyinə görə, minlərlə
koalisiya və Əfqan hərbçisinin tiryəyin ən çox yetişririldiyi, səksən min
əhalisi olan bölgəyə hücuma hazır olduqlarını bildirmişlər. NATO mülki vətəndaşlar arasında itkilərin qarşısının alınması məqsədi ilə bölgə sakinlərinə ərazini tərk etməyi məsləhət görüb.

