Türkiyə  xarici işlər naziri Əhməd Davudoğlu, Tehranın Qərblə İran arasında  mübahisələrə səbəb olan və  neçə ildir həll  edilə bilməyən nüvə proqramı ilə əlaqədar  danışıqlar üçün gələn həftə İrana gedək. Davudoğlunun  çərşənbə axşamı günü İran səfəri barədə verdiyi açıqlama Tehranın uranın 20 faiz nisbətində zənginləşdirilməsinə başlaması barədə bəyanatından bir neçə saat sonraya təsadüf edir. Türkiyənin  xarici işlər naziri Davudoğlu səfəri zamanı, İranın nüvə proqramı ilə əlaqədar yaranmış qarşıdurmaya diplomatik bir həll çarəsi tapılması üçün İranın prezidenti  Mahmud əhmədinejad və xarici işlər naziri Menüçer Möttəki ilə görüşməyi planlaşdırdığını bildirib.