Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden deyib ki,İsrailin Şərqi Qüdsdə 1600 yaşayış binası inşa edəcəyi barədə planını həyata keçirəcəyini deməsinə baxmayaraq, İsraillə Fələstin arasında danışıqlar tez bir zamanda başlamalıdırldr. İsrail və Fələstin bölgələrində səfərdə olan cənab Bayden Tel Əviv universitetində etdiyi çıxışı zamanı deyib ki, inkişafda fasilə olanda ekstremistlər bundan sui-istifadə edirlər. Fələstin tərəfi danışıqlara yalnız İsrailin Qüdsdə yeni inşaat planını təxirə salmasından sonra başlayacağını deyir.
Bu gün etdiyi çıxışı zamanı cənab Bayden deyib
ki, İsrailin baş naziri Benyamin Netanyahu inşa işlərinə bir neçə ildən sonra
başlanacağını bildirib ki, bu da İsrail-Fələstin danışıqlarında hansısa nəticə
əldə edilməsinə vaxt verir.

