Vaşinqtonda  yerləşən Cons Hopkins Universitetinin Orta Asiya və  Qafqazlar üzrə  Araşdırmalar institutunda dünən ABŞ-ın yeni administrasiyasının  Xəzər regionunda siytasəti barədə  forum təşkil edilib. Forumun aparıcısı Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri  Frederik Starr idi.  Forumda əsas çıxış edənlər isə ABŞ-ın Avropa Birliyi üzrə keçmiş səfiri  Boyden Qrey və  Avrasya Araşdırmaları Mərkəzindən region üzrə ekspert Aleksandr Petterson idi.

Frederik Star  çıxışında  forumun məqsədinin  ABŞ-da yeni hakimiyyətin region üzrə  siyasətinin  müzakirəsi və öyrənilməsi olduğunu  qeyd etməklə Xəzər  regionunun ABŞ-ın xarici siyasətindəki əhəmmiyyətini vurğuladı. Cənab Starr   Sovet İttifaqının dağılmasından bəri  ABŞ diplomatiyasının regiondakı yeganə nailiyyətinin  Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəməri olduğu  haqda fikrini irəli sürdü.   

Forumun iştirakçılarından  Alexandır Petterson çıxışında  ABŞ-ın Xəzər siyasətinin müstəqil olmasının vacibliyini vurqulayaraq qeyd etdi ki, Xəzər siyasəti, Avrasya siyasətinin bir hissəsi olmamalı, müstəqil olmalıdır. O, Dövlət Departamenti, Enerji Nazirliyi və  Milli Təhlükəsizlik Şurası kimi ölkənin  mühüm nazirlik və başqa qurumlarına Xəzər regionu barədə mütəxəssislərin təyin olunmasını  təklif etdi. Cənab Petterson çıxışında dedi ki, belə vəzifələrə Rusiya üzrə  və ya başqa sahələr üzrə mütəxəssislər təyin edilməməlidir və belə vəzifələr üçün Xəzər üzrə kifayət qədər müstəqil mütəxəssis mövcutdur. O, ABŞ-ın regionda  fəal olmasınının vacibliyini vurğulamaqla  enerji  layihələrində irəliləyiş üçün  ABŞ-ın Türkmənistanla-Azərbaycan arasında Xəzərdəki bəzi karbohidrogen yataqlarının hansı  ölkəyə  məxsus olması ilə bağlı mübahisələrin həllində vasitəçilik edə biləcəyini qeyd etdi.

Cənab Petterson dedi ki, onun ABŞ-ın  Xəzər Dənizi bölqəsi barədə  fikirlərinin  Rusiyanı narahat  etdiyi irəli sürülür.  O qeyd etdi ki, ABŞ-ın Xəzər  hövzəsi ilə əlaqədar siyasəti haqqında danışanda həmişə Rusiya faktoru  və  Rusiyanın narahatlığı önə çəkilir. Cənab Petterson dedi ki, Birləşmiş Ştatlar  xəzər regionunda nə qədər  fəal olsa bu regionda o qədər hörmətlə qarşılanacaq ki, buna elə Rusiyanın özü də daxildir.
 “Mən deyərdim ki, ABŞ  Xəzər regionunda  nə qədər fəal olsa, Xəzər regionunda o qədər hörmətlə  qarşılanacaq ki, buna  Moskvada daxildir.  Nə qədər az fəal olsa, nə qədər çox güzəştə getse o qədər itirəcək.”

O Xəzəryanı ölkələr arasında Xəzərin statusu ilə əlaqədar  razılıq əldə olunmadıqca  enerji  və başqa sahələrdə regionda iş getməyəcəyi barədəki fikirlərlə razılaşmır və deyir ki, Türkmənistan və Azərbaycanın  xəzərin dibindən boru kəməri  çəkmək üçün Rusiya və ya İranın razılığına ehtiyacları yoxdur.

Cənab Petterson Xəzər regionun önəminin enerji ilə məhdudlaşmadığı bu regionun gələcək də mühüm bir tranzit mərkəzi olacağını xatırladıb və dedi ki, Azərbaycan və  Türmənistanla fəal diplomatiya nəticəsində əldə olunacaq razılıqla Əfqanıstandakı ABŞ, NATO və  başqa  beynəlxalq qüvvələrin  ehtiyaclarının az qiymətə təmin olunması üçün qurudan bir  dəhliz açıla bilər. O hazırda beynəlxalq qüvvələr üçün Əfqanıstana yüklərin göndərilməsində Azərbaycanın hava məkanından istifadə olunduğunu xatırlatdı.

ABŞ-ın Xəzer region üzrə  siyasəti barədə keçirilən Forumun digər iştirakçısı  səfir  Boyden Qrey də  enerji layihələri barədə məlumat verərək regionun əhəmiyyətini  vurğuladı. O regionla əlaqədar siyasətlərin müəyyənləşdirilməsində və layihələrin həyata keçirilməsində Rusiya  faktorunun həmişə öz təsirini  göstərdiyini qeyd etməklə ABŞ-da yeni administrasiyanın hakimiyyətə gələndən sonra bu ölkə ilə əlaqələri yenidən tənzimləmə siyasətindən indiyə  qədər bir nəticə əldə edilmədiyini irəli sürdü. O Avropa Birliyi daxilində də xüsusi ilə Almaniyanın  Rusiyanın rəaksiyasına səbəb olacaq siyasətlərə mümkün qədər ehtiyyatla  yanaşdığını buna görə də Nabukko barədə çox fəal rol oynamadığını qeyd etdi. O Almaniyada Rusiya ilə münasibətlər barədə bir birinə zidd olan iki fikrin mövcudluğundan danışdı. Cənab Boyden Gazpromu bir inhisar adlandırdı və  keçən əsrin əvvəllərində ABŞ-da Standard Oil şirkətinin hissələrə bölündüyü kimi Qazpromunda müxtəlif hissələrə bölünməsi ideyasını irəli sürdü və bunun Qapromun da xeyrinə olduğunu qeyd etdi. O ABŞ-da  Standard Oil şirkətinin hissələrə bölünməsindən bir müddət sonra şirkətin var-dövlətinin dörd dəfə artdığını xatırlatdı. 

Səfir Boyden Qrey Qonqresin nümayəndələr  palatasının  xarici əlaqələr komitəsində  iddia olunan erməni soyqırımı barədə bu yaxınlarda  qanun layihəsinin  təstiq olunmasına  münasibət bildirərkən tanınmış alim Zbigniev  Brjezinskinin dediklərinə istinadla Birləşmiş Ştatların xarici siyasəti ilə ölkədəki  daxili  etnik siyasət arasındakı mürəkkəb  əlaqə barədə fikirlərini söyləmiş  bu məsələ haqqında mütəxəssis və çox məlumatlı olmadığını bildirməklə yanaşı,  nələrin başverdiyi  haqqında  ABŞ-da qərar qəbul olunmasının  ABŞ-ın maraqlarına xidmət etmədiyini vurğulamışdır.  O, ABŞ-da daxili və xarici siyasət arasındakı əlaqə nəticəsində burada qaldırılan bir məsələnin dünyanın başqa hissələrinə təsiri və bunun  səbəb olduğu reaksiya barədə danışmışdır.   


“Mən bu sahədə ekspert deyiləm və təkcə  Brjezinski doktrinini təkrar edəcəyəm və o da  bundan  ibarətdir ki,  Birləşmiş Ştatların xarici siyasətinin tamamı daxili etnik siyasətdən ibarətdir.”

Səfir Boyden deyir ki, ABŞ siyasətinin bu xüsusiyyəti  nəzə alınmalı və   onunla hesaplaşılmalıdır. Bu isə olduqca çətindir. Belə bir məsələ bizim ölkəmizdə qaldırılanda dünyanın başqa hissələrinə də  təsir göstərir və  insanlar üçün sürpriz olur. Səfir Boden deyir ki, mən bu sahədə  çox da məlumatlı olmamaqla bir yerdə bunu deyə bilərəm ki,  bəzi cəhətlərdən  nələrin baş verdiyinə  ABŞ-ın qərar verməsi ABŞ-ın maraqlarına xidmət etmir.