Nouri al-Maliki delivers speech on 5th anniversary of death of slain Shiite leader Mohammed Baqer al-Hakim in Baghdad, 05 Jul 2008
AFP Photo

İraqda parlament seçkilərinin natamam nəticələri baş nazir Nuri əl Malikinin rəhbərlik etdiyi siyasi koalisiyanın Bağdadda irəlidə getdiyini göstərir.  İlkin hesablamalar cənab Malikinin yenidən baş nazir olma şanslarını artırır.  Ona potensial rəqib kimi isə sabiq baş nazir İyad Ələvi görünür.  325 yerlik Nümayəndələr Şurasının 70 yeri Bağdadın payına düşür.  Buna görə də Bağdadda qələbə hökumətə başçılıq etmək istəyən partiya üçün mühümdür.  Cümə günü şiələrin dini lideri Ayətulla Əli əl Sistaniyə yaxın ruhani səs hesablanmasının tezliklə bitirilməsinə və yeni parlamentin formalaşdırılmasına çağırıb.  Heç bir fraksiyanın əksər çoxluq əldə edəcəyi gözlənilmir və yeni hökumət qurmaq üçün koalisiya yaratmaq səyləri aylarla vaxt aparıa bilər.