A Pakistani policeman and bystanders remove an injured suicide car bomb blast victim after an attack on a police building in Peshawar, 16 Oct 2009
AFP Photo

Pakistan polisi bildirir ki, intiharçının ölkənin şiml-qərbindəki Svat vadisində hücumu nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox adam isə yaralanıb. Bu, cari həftədə baş verən üçüncü intihar hücumdur.  Polisin dediyinə görə, intiharçı özünü Səydu Şərif şəhərindəki təhlükəsizlik yoxlama məntəqəsinin yaxınlığında partladıb. Rəsmilər  deyirlər ki, həlak olanların  arasnda 2 əsgər və azı 2 polis də var.  Dünən Lahorda intiharçının hücumu 55 nəfərin həlak olmasına bais olmuşdu.  Şahidlərin dediklərinə görə, intiharçının hədəfi hərbi maşın karvanı idi.  Həlak olanların 10-u əsgərdir. Taliban yaraqlıları hücumun məsuliyyətini öz üzərlərinə götürüblər.