Tailandda yeni seçkilər keçirilməsini
tələb edən etirazçılar Banqkokdakı hökumət binası qarşısında qanlarını axıdıblar. Tibb işçiləri bu gün səhərdən növbəyə
düzülən etirazçılardan simvolik olaraq qan götürmüşlər. Qırmızı köynəklər
geymiş müxalifət liderləri qanı baş nazir Abisit Veccacivanın ofislərinin yerləşdiyi
Hokumət Evi adlanan binanın qarşısına tökmüşlər. Onların qanlarını eləcə də baş
nazirin iqamətgahı qarşısına və Demokrat Partiyasının baş qərərgahı qarşısına tökməyi
planlaşdırdığı deyilir. Etiraz aksiyalarına başçılıq edənlər qan tökülməsinin
onların tələblərinin yerinə yetirilməsinə görə əzab simvolu olduğunu deyirlər.

