İranın ən güclü müxalifət liderərindən olan Mehdi Kərrubi hökumətə
qarşıbir daha çıxış edərək, İran İslam
respublikasının müstəbidlik girdabında olduğunu deyib. İran müxalifətinin liderləri özünün Veb sahifəsində bu günyayılan
açıqlamasında ölkədəki seçkilərin mənasız olduğunu deyib. O, keçən ilin iyun
ayında Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinin ümummilli səsvermənin nəticələrini
əksetdirmədiyinitəkrar edib.
Cənab Kərrubinin bu çıxışı onun həyat yoldaşının hökumət-tərəfdarlarının dünənonların Tehrandakıevlərinə hücum edərək dağıtdıqlarını bəyan etməsindən sonra açıqlanıb. Dünən Mehdi Kərrubinin Veb səhifəsində onun həyat yoldaşı Fatimənin 50 nəfərə qədər insanın bazar günü onların yaşadıqları evin qarşısına yığışaraq, Kərrubinin məhkəmə qarşısına çıxarılması tələbi ilə onlarahücum etdiklərini bildirən xəbəri yerləşdirilmişdi.
Mehdi Kərrubinin bu açıqlaması eləcə də,NovruzBayramı münasibəti ilə Tehranda təhlükəsizlik tədbirlərinin artırıldığı vaxta təsadüf edir. Hökumət əhalininNovruz münasibətilə küçə şənliklərində iştirakının qarşısını almaq istəyir. Şahidlərin dediyinə görə, Tehran küçələrinə çox sayda polis yerləşdirilib və müxalifətə hökumətə qarşı heç bir nümayiş keçirilməməsi barədə xəbərdarlıq edilib.

