
ABŞ prezidenti Barak
Obama deyib ki, İranın nüvə silahları əldə etməsinin qarşısını almaq üçün o,
aqressiv şəkildə beynəlxalq sanskiyaların tətbiqinə çalışacaq. Cənab Obama FOX News telekanlına verdiyi müsahibədə deyib
ki, nüvə silahlı İran bütün Yaxın Şərq boyu silah yarışının başlanmasına təkan
verə bilər. O, belə ssenarinin həyata
keçməsinin qarşısını almağı özünün "ən yüksək prioriteti" adlandırıb. Tehran isə israr edir ki, onun nüvə proqramı dinc
məqsədlərə xidmət edir.
Cənab Obama
deyib ki, onun administrasiyası beynəlxalq tərəfdaşları ilə İranı təcrid etmək
yönümündə işləyib və o, İranın nüvə proqramına qarşı götürüləcək ölçülər
sırasında heç bir seçimi istisna etmir.

